İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, yarışın keçirildiyi müddətdə şəhərdə hərəkətin tənzimlənməsi ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edilib.
Vətəndaşlardan yarış müddətində şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri və şəhərin mərkəzi hissəsinə ictimai nəqliyyat vasitələri ilə getmələri xahiş olunub.
Həmçinin sürücülərə və digər yol hərəkəti iştirakçılarına tədbirlə əlaqədar müəyyən edilmiş hərəkət məhdudiyyətlərinə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə edilib.
Yarışla bağlı sürücülərə müraciət edildi
Şərh edilməmiş
