İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Belarus Dövlət Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər, həmçinin yeni nəsil texnologiyaların tətbiqi imkanlarını, müvafiq sahədə təcrübə mübadiləsini və qarşılıqlı maraq doğuran digər məsələləri nəzərdən keçiriblər.
