İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, istehlak kreditləri ilə bağlı yeni tələblər müəyyənləşdirilib.
Yeni qaydalara əsasən, istehlak krediti müqavilələrinə kreditin verilməsi və ya kredit limitinin artırılması halında borcalanın müəyyən öhdəlikdən azad edilməsini nəzərdə tutan müddəa daxil edilməlidir.
Bundan əlavə, kreditin məsafədən rəsmiləşdirilməsi zamanı borcalanın belə bir məhdudiyyətinin olub-olmaması barədə məlumatlar kredit dosyesinə daxil ediləcək və sənədlər paketində öz əksini tapacaq.
Qeyd edək ki, yeni qaydalar və müəyyən edilən məhdudiyyətlər yalnız banklara deyil, Bank Olmayan Kredit Təşkilatlarına (BOKT) da şamil olunacaq.
