İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirib.
Dövlət başçısı qeyd edib ki, bu istiqamətdə sosial siyasət mütəmadi şəkildə davam etdirilir və əsas məqsəd Azərbaycan vətəndaşlarının rifahının ildən-ilə daha da yaxşılaşdırılmasıdır.
