İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydasında dəyişiklik edib.
Baş nazir Əli Əsədov bununla bağlı yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, İqtisadiyyat Nazirliyi növbəti il üçün maliyyə yardımına tələb olunan vəsait barədə büdcə layihəsini hər il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim edəcək.
