İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Lənkəranda ailə münaqişəsi zəminində ağır xəsarətlə nəticələnən hadisə baş verib.
34 yaşlı Allahşükür Ağazadənin həyat yoldaşı Rəvanə Ağazadəyə çoxsaylı bıçaq xəsarətləri yetirdiyi bildirilir. Hadisə zamanı cütlüyün 3 yaşlı oğlu da bıçaq xəsarətləri alıb.
Ağır yaralanan ana və azyaşlı xəstəxanaya çatdırılıblar.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
