İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası əməliyyatı aparılan Tovuz sakini Rəşad Məmmədəliyev vəfat edib.
APA-nın yerli bürosunun məlumatına görə, Rəşad Məmmədəliyevin həkimə müraciət etdiyi zaman qəfil halı pisləşib. Müayinə zamanı onun həyatını itirdiyi məlum olub.
Qeyd edək ki, 2025-ci il oktyabrın 31-də Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası həyata keçirilib. Donorun ürəyi həmin vaxt 2006-cı il təvəllüdlü Tovuz sakini Rəşad Məmmədəliyevə köçürülüb.
