İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, oktyabrın 14-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər və axşam saatlarında bəzi ərazilərdə duman müşahidə olunacaq. Gecə isə ayrı-ayrı yerlərdə qısamüddətli çiskin ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21 dərəcə, gündüz isə 22-26 dərəcə isti olacaq.
Bölgələrdə gündüz temperaturun 24-29 dərəcəyədək yüksələcəyi, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacağı proqnozlaşdırılır.
Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
Şərh edilməmiş
