Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri aprelin 1-dən tətbiq edilir.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, Hökumət Ödəniş Portalı vasitəsilə göndərilən ödəniş sərəncamlarının icrasına görə tutulacaq xidmət haqları köçürülən məbləğə uyğun olaraq müəyyənləşdirilib.
Manatla həyata keçirilən köçürmələr üzrə tariflər aşağıdakı kimidir.
– 100 manatadək köçürmələr üçün 3 qəpik;
– 100,01 manatdan 1000 manatadək 10 qəpik;
– 1000,01 manatdan 10 000 manatadək 1 manat;
– 10 000,01 manatdan 40 000 manatadək 4 manat;
– 40 000 manatdan yuxarı köçürmələr üçün 8 manat.
ABŞ dolları ilə aparılan köçü mələr üzrə də xidmət haqları müəyyən edilib.
– 100 dollaradək köçürmələr üçün 0,2 dollar;
– 100,1 dollardan 1000 dollaradək 0,5 dollar;
– 1000,1 dollardan 10 000 dollaradək 2 dollar;
– 10 000,1 dollardan 40 000 dollaradək 10 dollar;
– 40 000,1 dollardan yuxarı köçürmələr üçün 20 dollar xidmət haqqı tutulacaq.
