Ermənistanın Apellyasiya Məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini rədd edib.
ilkinxeber.az informasiya agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkili Aram Orbelyan məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmə şikayətə formal yanaşıb. O bildirib ki, Robert Koçaryanın ev dustaqlığına buraxılacağı təqdirdə onun əlaqələrinə nəzarət imkanları məsələyə baxılarkən nəzərə alınmayıb.
Müdafiə tərəfi Apellyasiya Məhkəməsinin qərarından Kassasiya Məhkəməsinə şikayət verməyi planlaşdırır.
