ilkinxeber.az informasiya agentliyi Oxu.Az-a istinadən xəbər verir ki, yeni tariflərə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib. Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) üzrə xidmət haqqının yuxarı həddi 2 dəfə, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə 1,5 dəfə azaldılıb.
Yeni tariflərin “m10” rəqəmsal pul kisəsi vasitəsilə həyata keçirilən köçürmələrə şamil olunub-olunmaması ilə bağlı platformanın mətbuat xidmətindən açıqlama verilib.
Bildirilib ki, yeni tariflər “m10” platformasına aid deyil və pul köçürmələri üzrə əvvəlki tariflər qüvvədə qalır.
