“Baksol yolu”nda yolun çökməsi nəticəsində kanalizasiyaya düşərək həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı məhkəmə istintaqı yekunlaşıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, dövlət ittihamçısı Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.
