İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, sosial şəbəkələrdə falçılıq və baxıcılıq adı altında vətəndaşları aldadaraq onların pulunu ələ keçirmə halları ilə bağlı polisə müraciətlər daxil olub.
Sumqayıtda keçirilən əməliyyat nəticəsində dələduzluq əməllərinə görə axtarışda olan Emin Əsədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. E. Əsədov barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
