İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Zığ şosesinin hava limanı istiqamətində yolun rənglənməsi işləri aparılır.
İşlərlə əlaqədar hərəkət zolaqlarından birində sürət həddi müvəqqəti olaraq saatda 40 kilometrədək azaldılıb.
Digər zolaqlarda isə sürücülərin həmin istiqamətə daxil olmaması barədə əvvəlcədən məlumatlandırılması məqsədilə portal qurğularında “X” işarələri aktivləşdirilib.
Sürücülərə yol nişanlarına və elektron məlumatlandırma sistemlərinin göstəricilərinə diqqət yetirmələri tövsiyə olunur.
