Görüş zamanı tərəflər ticarət-iqtisadi əlaqələrin, investisiya, energetika və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Sadır Japarov iki ölkə arasında müttəfiqlik münasibətlərinin xüsusi əhəmiyyətini vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilənin icrasının vacibliyini qeyd edib.
Sahibə Qafarova isə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Qırğızıstan Prezidentinə və xalqına çatdırıb.
Milli Məclisin sədri, həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf etdiyini bildirib və əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
