İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanda məktəblərdə TikTok platformasına giriş məhdudlaşdırılıb.
Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ailə Forumunda çıxışı zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, məktəblərdə cinayət, narkotik və zorakılıq məzmunlu görüntülər də daxil olmaqla, 200-dən çox zərərli kontenti əhatə edən materiallara məhdudiyyət tətbiq edilib.
Firudin Qurbanov qeyd edib ki, uşaqların bu cür məzmunlardan qorunması yalnız məktəblərlə məhdudlaşmamalı, ailələr də övladlarının istifadə etdiyi platformalara və izlədiyi məzmunlara nəzarət etməlidirlər.
