İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə faciəvi hadisə baş verib.
Məlumata görə, məktəbin 7-ci sinfində təhsil alan qız şagird pəncərədən yıxılıb.
Hadisə nəticəsində şagird həyatını itirib.
Hadisənin başvermə səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.
