By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: İlham Əliyev: Korrupsiyaya qarşı mübarizə gücləndirilir
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > İlham Əliyev: Korrupsiyaya qarşı mübarizə gücləndirilir
Ölkə

İlham Əliyev: Korrupsiyaya qarşı mübarizə gücləndirilir

Lamiyə Turqay
Last updated: Oktyabr 28, 2026 7:18 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksəksəviyyəli iclasının iştirakçılarına müraciət ünvanlayıb.

Dövlət başçısı müraciətində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərə toxunaraq qanunvericiliyin təkmilləşdirilməsinin, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılığın artırılmasının, dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının və ictimai nəzarətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Prezident qeyd edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.

İlham Əliyev, həmçinin Azərbaycanın ərazilərinin 30 ilə yaxın işğal altında olduğu dövrdə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismar edildiyini bildirib. Onun sözlərinə görə, bu fəaliyyət regionun ekologiyasına ciddi ziyan vurub, əldə edilən külli miqdarda gəlirlər isə beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb.

Dövlət başçısı rəqəmsal inkişafın və süni intellekt texnologiyalarının yayılmasının korrupsiyaya qarşı mübarizədə yeni imkanlar yaratdığını da diqqətə çatdırıb. Bununla yanaşı, o, rəqəmsal maliyyə alətlərindən sui-istifadə hallarının yeni risklər meydana çıxardığını vurğulayıb.

Prezidentin fikrincə, hüquq-mühafizə orqanlarının müasir texnologiyalardan səmərəli istifadə etməsi bu cür cinayətlərin qarşısının alınması və effektiv araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

İlham Əliyev əminliyini ifadə edib ki, Bakıda keçirilən iclas çərçivəsində aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər İƏT üzv dövlətləri arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və ölkələrin dayanıqlı inkişafına töhfə verəcək.

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsi açılıb
Binədə internet kabeli üstündə qanlı mübahisə
Sürücülərə tətbiq olunan cərimələrlə bağlı yenilik
Azərbaycanda məktəbə gedən uşaqların sayı kəskin azalır
Bakıda 2030-cu ilədək neçə yeni metro stansiyası tikiləcək?
Share This Article
Facebook Email Print
Previous Article Bakıda məktəblini faciəvi ölüm hadisəsi baş verib
Next Article İsraildə seçki nəticələri: Netanyahu koalisiya çoxluğunu qazana bilmir
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?