İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində motosiklet qəzası baş verib. Hadisə nəticəsində 11-ci sinif şagirdi Oqtay Kərimov həyatını itirib.
Məlumata görə, kənd məktəbinin şagirdi Oqtay Elməddin oğlu Kərimov Siyəzən şəhərindən kəndə qonaq gələn həmyaşıdı Murad Əkbər oğlu Əzimova məxsus motosikleti idarə edərkən qəza törədib. Motosiklet yaşayış evinə daxil olub.
Ağır xəsarətlər alan Oqtay Kərimov Bakıya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.
