İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, xuliqanlıqda təqsirləndirilən Hacı Vəliyevin kassasiya şikayəti qismən təmin edilib.
Məhkəmənin qərarı ilə onun cəzası 2 il 6 aydan 2 ilə endirilib.
Qeyd edək ki, dövlət qeydiyyatına alınmayan “Gənc Qazilər Birliyi”nin sədri olmuş Hacı Vəliyev ötən ilin aprel ayında saxlanılıb. O, xuliqanlıqda, eləcə də özgənin əmlakını qəsdən məhv etməkdə və ya zədələməkdə ittiham olunub.
