Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisinə dron hücumu nəticəsində kapitan həlak olub.
ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə zamanı gəmidə olan 11 nəfər azərbaycanlı ekipaj üzvündən kapitan istisna olmaqla digərləri xilas edilərək Odessa şəhərində sahilə çıxarılıb.
Məlumata görə, “Dənizçilərin İctimai Birliyi”nin sədri İlham Nəsirov gəminin kapitanı Səməd Nəsrullayevin vəzifə borcunu yerinə yetirərkən həyatını itirdiyini açıqlayıb və mərhumun yaxınlarına başsağlığı verib.
Azərbaycan Xarici İşlər Nazirliyi də hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, xilas edilən ekipaj üzvlərinin vəziyyəti qənaətbəxşdir, kapitanın axtarışı istiqamətində isə müvafiq tədbirlər görülüb.
