İran ərazisindən İsrail istiqamətinə raketlərin buraxıldığı bildirilib.
İLKİNxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, raket təhlükəsi səbəbindən İsrailin şimal bölgələrinin əksəriyyətində, o cümlədən Hayfa şəhəri və ətraf ərazilərdə hava həyəcanı siqnalları işə salınıb.
Bildirilib ki, hava hücumundan müdafiə sistemləri dərhal aktivləşdirilərək hava hədəflərinin zərərsizləşdirilməsi istiqamətində əməliyyatlara başlayıb.
İsrail ordusunun açıqlamasında qeyd olunub ki, İran ərazisindən atılan raketlər hava hücumundan müdafiə vasitələri tərəfindən aşkarlanaraq ələ keçirilib.
Hadisə ilə bağlı İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvir də sosial şəbəkə hesabında paylaşım edib.
Nazir paylaşımında “Bu gecə Tehran yanmalıdır!” ifadəsini işlədib.
Yaxın Şərqdə gərginliyin daha da artdığı bir vaxtda tərəflər arasında qarşıdurmanın hansı istiqamətdə inkişaf edəcəyi beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
