Şəmkir rayonunda ölüm faktı qeydə alınıb.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, hadisə rayonun Çənlibel kəndində baş verib.
Kənd sakini, 1975-ci il təvəllüdlü Rahim Məcidov yaşadığı evdə ölü vəziyyətdə tapılıb. Məlumat daxil olduqdan sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib, ilkin araşdırma aparılıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılmadan əvvəl araşdırma tədbirlərinə başlanılıb.
Ölümün səbəbi ekspertiza rəyindən sonra məlum olacaq.
Şəmkirdə 51 yaşlı kişinin meyiti evində aşkarlandı
Şərh edilməmiş
