İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanda hava nəqliyyatının inkişafı və aviabilet qiymətlərinin daha əlçatan olması istiqamətində yeni tədbirlər həyata keçiriləcək.
Dövlət Proqramında Azərbaycanın xarici ölkələrlə birbaşa hava əlaqələrinin genişləndirilməsi və uçuşların intensivliyinin artırılması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.
Plan çərçivəsində regional hava limanlarının imkanlarından daha səmərəli istifadə olunması, həmin aeroportlara yeni beynəlxalq reyslərin açılması və aşağı büdcəli (low-cost) aviaşirkətlərin cəlb edilməsi nəzərdə tutulur.
Görüləcək tədbirlərin aviaşirkətlər arasında rəqabətin artmasına və nəticə etibarilə sərnişinlər üçün aviabilet qiymətlərinin daha münasib olmasına şərait yaradacağı gözlənilir.
