İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyev Azərbaycanın müdafiə sahəsində heç bir ölkənin yardımına və himayəsinə ehtiyac duymadığını bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın ən çətin vaxtlarında, o cümlədən bir milyon qaçqının olduğu dövrdə ölkəyə heç kim kömək etməyib.
Prezidentin sözlərinə görə, Azərbaycan əldə etdiyi bütün silahları öz vəsaiti hesabına, dünya bazar qiymətləri ilə alıb. O bildirib ki, 2003-cü ildən etibarən ölkədə həm yerli müdafiə sənayesi inkişaf etdirilib, həm də xaricdən silah və hərbi texnika alınıb.
İlham Əliyev vurğulayıb ki, Azərbaycana heç vaxt silah alışında maliyyə güzəşti edilməyib, bəzi hallarda isə məhsullar dünya qiymətlərindən bir neçə dəfə baha satılıb.
