İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 14-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı təşkil olunacaq.
İmtahan Bakı, Sumqayıt və Abşeron daxil olmaqla ümumilikdə 3 şəhər və rayonda, 63 binada keçiriləcək.
Qeyd olunub ki, imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlayacaq. Buraxılış rejimi isə saat 09:45-də başa çatacaq. Bu vaxtdan sonra imtahan binasına gələn iştirakçılar içəri buraxılmayacaqlar.
