By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Bu şəxslərə 50 manat məbləğində vergi güzəşti tətbiq olunacaq
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > Bu şəxslərə 50 manat məbləğində vergi güzəşti tətbiq olunacaq
Dünya

Bu şəxslərə 50 manat məbləğində vergi güzəşti tətbiq olunacaq

Lamiyə Turqay
Last updated: May 31, 2026 1:18 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Ailədə iki azyaşlı uşaq olduğu və valideynlərdən birinin əmək müqaviləsi əsasında işlədiyi, digərinin isə analıq məzuniyyətində olduğu hallarda vergi güzəşti ilə bağlı mühüm məqamlar açıqlanıb.

İlkinxeber.az xəbər verir ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, himayəsində azı üç nəfər olan şəxslərin aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunub ki, bu şəxslərə qohumluq dərəcəsindən asılı olmayaraq himayədə olanlar, o cümlədən 23 yaşınadək gündüz təhsil alan şagird və tələbələr də daxildir. Əgər hər iki valideyn işləyirsə, güzəşt yalnız onlardan birinə tətbiq edilir.

Məlumata görə, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlar istisna olmaqla), eləcə də tam dövlət təminatında olan şəxslər himayədə olan şəxs kimi nəzərə alınmır.

Bildirilib ki, analıq məzuniyyətində olan valideynin aldığı müavinət bu güzəştdən istifadə etməyə mane olmur. Bu halda ailədə iki azyaşlı uşaq və həyat yoldaşı ilə birlikdə himayədə olan şəxslərin sayı üçə çatdığı üçün işləyən valideyn sözügedən 50 manatlıq vergi güzəştindən yararlana bilər.

Güzəştdən istifadə etmək üçün müvafiq təsdiqedici sənədlər təqdim olunmalıdır. Bunlara ər və ya arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə iş yerindən arayış, eləcə də yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayış daxildir.

Məlumat üçün bildirək ki, bu qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi sənədlər siyahısına uyğun olaraq tətbiq edilir.

Uitkoff və Kuşner Kiyevdə Zelenski ilə danışıqlara başladı
Ceki Çanın rol aldığı filmin Bakı çəkilişləri başa çatıb
ABŞ-dan İranla bağlı açıqlama
Qazaxıstanda hərbi təlim zamanı faciə: 9 hərbçi öldü
İspaniyada hava həyəcanı: Temperatur 40 dərəcəni ötəcək
Share This Article
Facebook Email Print
Previous Article İyunun 2-də Bakıda ABŞ–Azərbaycan İqtisadi Dialoqunun ilk iclası keçiriləcək
Next Article “Makedon” obrazı ilə tanınan aktyor Aqil Ağacanov vəfat edib
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?