Azərbaycanda hər il iyunun 2-si Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
İlkinxeber.az xəbər verir ki, bu əlamətdar gün Azərbaycan Prezidenti İlham Əliyevin 18 may 2006-cı il tarixli Sərəncamına əsasən təsis edilib.
Bayramın qeyd olunması 1938-ci il iyunun 2-də ölkəmizdə ilk aviasiya dəstəsinin yaradılması və mülki aviasiyanın təməlinin qoyulması ilə bağlıdır.
Bu gün münasibətilə Azərbaycanın mülki aviasiya sahəsində çalışan bütün əməkdaşları peşə bayramları münasibətilə təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.
