İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, ötən ilin ən böyük cinayət işlərindən biri hesab olunan təxminən 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı saxlanılmış Ruslan Eyyubovun həbs qətimkan tədbiri dəyişdirilib.
Məlumata görə, Ruslan Eyyubov məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Qərarın əsas səbəbi kimi onun səhhətində yaranan problemlər göstərilib və bu hal nəzərə alınaraq barəsində seçilmiş həbs qətimkan tədbiri yumşaldılıb.
İbtidai istintaq mərhələsinin başa çatdığı və təqsirləndirilən şəxsə yekun ittihamın verildiyi bildirilir. İş üzrə məhkəmə prosesinin növbəti mərhələdə davam edəcəyi gözlənilir.
Ruslan Eyyubovun həbs qətimkan tədbiri dəyişdirildi – ev dustaqlığına buraxıldı
Şərh edilməmiş
