İLKİNxeber.azın əldə etdiyi məlumata əsasən, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində açıq sahədə yanğın qeydə alınıb.
Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən qüvvələri yönləndirilib.
Hazırda ərazidə alovun lokallaşdırılması və söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Sabunçuda açıq ərazidə yanğın – əraziyə təcili qüvvələr cəlb olundu
Şərh edilməmiş
