İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, “Meta” şirkəti yaranmış problemin dəqiq səbəblərini rəsmi şəkildə açıqlamasa da, texnologiya mütəxəssisləri nasazlığın daxili server yenilənməsi və ya qlobal şəbəkə marşrutlaşdırma xətaları (DNS) ilə bağlı ola biləcəyini ehtimal edirlər.
Şirkətin mətbuat katibi Endi Stoun xidmətlərdə problemin yaşandığını təsdiqləyib. Lakin rəsmi açıqlamada yalnız texniki nasazlığın aradan qaldırılması istiqamətində işlərin aparıldığı bildirilib.
Hazırda hər iki platformanın fəaliyyətinin bərpa olunduğu qeyd olunur.
