Tanınmış keçmiş vəkil Elman Paşayevin 26 yaşlı oğlu Elvin Rusiyada irimiqyaslı dələduzluq ittihamı ilə həbs olunub.
İLKİNxeber.az informasiya agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, Elvin Paşayev artıq fevral ayından həbsdə saxlanılır.
Məlumata əsasən, onun barəsində başlanmış cinayət işinin ilkin tarixi 2025-ci ilin oktyabr ayına təsadüf edir.
Qeyd edək ki, Elman Paşayev də hazırda Donetskdə yerləşən istintaq təcridxanasında saxlanılır. Onun müdafiəçisinin sözlərinə görə, 45 milyon rubldan artıq məbləği əhatə edən iş üzrə məhkəmə prosesi uzun müddət davam edə bilər və yekun qərarın 1–2 il ərzində çıxacağı gözlənilir. Paşayevə 10 ilə qədər həbs cəzası verilə biləcəyi bildirilir.
