İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl Casir “Dostluq” ordeni ilə təltif edilib.
İLKİNxeber.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Məhəmməd Süleyman Əl Casir Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə “Dostluq” ordeninə layiq görülüb.
