By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Qəbul imtahanının nəticələri elan edildi: Rekord göstəricilər açıqlandı
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Qəbul imtahanının nəticələri elan edildi: Rekord göstəricilər açıqlandı
Ölkə

Qəbul imtahanının nəticələri elan edildi: Rekord göstəricilər açıqlandı

Lamiyə Turqay
Last updated: İyun 17, 2026 4:30 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Dövlət İmtahan Mərkəzi 24 may 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrini açıqlayıb.

 

İLKİNxeber.az xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər öz nəticələrini, cavab kartlarını, cavab vərəqlərinin qrafik təsvirlərini və açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarını DİM-in rəsmi internet səhifəsi vasitəsilə əldə edə bilərlər.

 

Bundan əlavə, nəticələri mobil telefon vasitəsilə öyrənmək istəyənlər imtahana buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərərək məlumat ala bilərlər.

 

Məlumata görə, imtahanda iştirak üçün qeydiyyatdan keçmiş 56 min 847 nəfərdən 2 min 429 nəfər imtahana qatılmayıb. Qaydaları pozduqlarına görə isə 12 nəfərin nəticəsi ləğv olunub.

 

II ixtisas qrupu üzrə ən yüksək nəticəni Bakı şəhəri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin məzunu Banuçiçək Rüstəmli göstərib. O, ikinci mərhələdə 397 bal toplayıb. Birinci və ikinci mərhələlərin yekun nəticəsinə əsasən 688,9 bal toplayan abituriyent qrup üzrə ən yüksək göstəriciyə imza atıb.

 

III ixtisas qrupu üzrə isə maksimum 400 bal nəticə əldə edən üç abituriyent olub. Bunlar Bakı şəhərində yerləşən təhsil müəssisələrinin məzunları Zeynəb Quliyeva və Aişə Qasımova, eləcə də İsmayıllı rayonunun Qalacıq kənd məktəbinin məzunu Fidan Qardaşovadır.

 

Ümumi nəticələrə əsasən III ixtisas qrupu üzrə ən yüksək göstərici Tovuz rayonunun Düz Qırıqlı kənd 1 nömrəli orta məktəbinin məzunu Ayan Musayevaya məxsusdur. O, hər iki mərhələnin yekununda 688,7 bal toplayıb.

 

Qeyd edək ki, qəbul imtahanının birinci mərhələsində maksimum 300, ikinci mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə yekun bal əsasında aparılır.

 

İmtahan nəticələri ilə bağlı müraciət etmək istəyən abituriyentlər əvvəlcə öz cavablarını, qiymətləndirmə meyarlarını və təqdim olunan izahları diqqətlə nəzərdən keçirməlidirlər. DİM bildirib ki, əvvəlki illərin təcrübəsi göstərir ki, apellyasiya müraciətlərinin müəyyən hissəsi qiymətləndirmə meyarları ilə tanış olmadan edilir. Bu səbəbdən əsaslandırılmamış müraciətlərə baxılmayacaq.

Pensiyalar avqustun 14-də ödəniləcək
Hərbi xidmətdən yayınmaya şərait yaradan boşluqlar aradan qaldırılacaq
Bakıda havada tozun miqdarı normanı 1,7 dəfə aşdı
Maliyyə Nazirliyində yeni təyinat
Dövlət Komitəsindən Böyük Qayıdış açıqlaması
Share This Article
Facebook Email Print
Previous Article Xaçınçayda sel yolu dağıtdı, qaz xəttinə ziyan dəydi
Next Article Azərbaycanda kreditlər dondurula bilər? – Ekspertdən təkliflər
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?