By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Həyət Quyularına Ödəniş İddialarına Rəsmi Aydınlıq: Kimlər Pul Ödəyəcək?
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Həyət Quyularına Ödəniş İddialarına Rəsmi Aydınlıq: Kimlər Pul Ödəyəcək?
Ölkə

Həyət Quyularına Ödəniş İddialarına Rəsmi Aydınlıq: Kimlər Pul Ödəyəcək?

Lamiyə Turqay
Last updated: İyun 18, 2026 9:44 səhər
By Lamiyə Turqay
3 Min Read
Share
SHARE

Su ehtiyatlarından istifadəyə görə ödənişlərin tətbiqi ilə bağlı yayılan xəbərlər cəmiyyətdə müzakirələrə səbəb olub və bir çox vətəndaşı narahat edən suallar ortaya çıxarıb.

 

İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti açıqlama verib.

 

Qurumdan bildirilib ki, su obyektlərindən “xüsusi məqsədlərlə istifadə” dedikdə kommersiya və sahibkarlıq fəaliyyəti çərçivəsində suyun götürülməsi, tullantı sularının axıdılması və ya su hövzələrinin istifadəsi nəzərdə tutulur. Bu proseslər adətən artezian quyuları, nasos sistemləri, kanallar və digər texniki vasitələrlə həyata keçirilir.

 

Rəsmi açıqlamada vurğulanıb ki, bu tip fəaliyyətlər üçün icazə yalnız hüquqi şəxslər və sahibkarlar üçün tələb olunur.

 

Eyni zamanda qeyd edilib ki, vətəndaşlar şəxsi ehtiyacları üçün su mənbələrindən sərbəst və ödənişsiz istifadə edə bilərlər. Buraya çimərlikdən istifadə, qayıq gəzintisi, həvəskar balıq ovu, idman fəaliyyəti və mal-qaranın suvarılması daxildir.

 

Bundan əlavə, mərkəzləşdirilmiş su təchizatı olmayan ərazilərdə yaşayan torpaq sahibləri öz sahələrində birinci təzyiqsiz su qatından istifadə etmək üçün quyu qazaraq onu istismar edə bilərlər.

 

“Əgər vətəndaş həyətində qazdığı quyudan yalnız məişət və ya suvarma məqsədilə istifadə edirsə, bu halda heç bir icazə və ya ödəniş tələb olunmur”, – deyə açıqlamada bildirilib.

 

Qurum tullantı sularının axıdılması ilə bağlı qaydalara da toxunub. Bildirilib ki, sahibkarlar yalnız normativlərə uyğun təmizlənmiş tullantı sularını su obyektlərinə buraxa bilərlər. Əks halda, sular əvvəlcədən xüsusi təmizləyici qurğulardan keçirilməlidir.

 

Həmçinin qeyd olunub ki, bəzi fəaliyyət növləri – məsələn, Xəzər dənizində kiçik gəmilərin saxlanılması, çaylarda qəfəs üsulu ilə balıqçılıq, eləcə də yeraltı sulardan istehsalat və qablaşdırma məqsədilə istifadə – xüsusi icazə tələb edir.

 

Məlumata görə, su obyektlərindən xüsusi məqsədlərlə istifadə üzrə ödənişlər Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli qərarı ilə müəyyən edilib və istifadə növünə görə dəyişir.

 

Yeni qaydaların tətbiqinə 2026-cı il sentyabrın 1-dən başlanılacaq.

 

Təsdiqlənmiş tariflərə əsasən, sənaye məqsədilə istifadə zamanı Xəzər dənizindən götürülən hər 100 kubmetr su üçün 0,4 manat, çay və göllərdən 4 manat, yeraltı sulardan isə 40 manat ödəniş nəzərdə tutulur.

 

Bundan başqa, su obyektlərinə axıdılan tullantı sularına görə də ödəniş tətbiq olunacaq. Belə ki, Xəzər dənizinə axıdılan hər 100 kubmetr su üçün 1 manat, çay və göllərə isə 4 manat ödənilməsi tələb ediləcək.

Binədə internet kabeli üstündə qanlı mübahisə
Nigar Fərhad yoxa çıxıb: Şikayətlər artır
Astara gömrüyündə 97 kiloqramdan çox marixuana aşkarlanıb
Quru Qoşunlarının iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir
Metroda dəyişiklik: ADY-dən alternativ marşrut
Share This Article
Facebook Email Print
Previous Article “Xalqımıza qarşı törədilən vandalizmi heç vaxt unutmayacağıq”
Next Article Abituriyentlərə ŞAD XƏBƏR – Bu il bəzi ixtisaslar üzrə keçid balları enə bilər
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?