Venesuelada baş verən güclü zəlzələlərin ağır nəticələri davam edir.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, son məlumatlara əsasən, təbii fəlakət nəticəsində həlak olanların sayı 589 nəfərə çatıb. Bundan başqa, 2 980 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda zəlzələnin baş verdiyi ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir. Yerli qurumlar zərərçəkənlərə yardım göstərilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.
