By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Nazir sertifikatlaşdırmanın yekununu açıqladı
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Nazir sertifikatlaşdırmanın yekununu açıqladı
Ölkə

Nazir sertifikatlaşdırmanın yekununu açıqladı

Lamiyə Turqay
Last updated: İyun 30, 2026 6:38 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, sertifikatlaşdırma imtahanlarında iştirak edən müəllimlərin böyük əksəriyyəti uğurlu nəticə göstərib.

 

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim, keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

 

Nazirin sözlərinə görə, 2022-ci ildən 2026-cı ilədək keçirilən sertifikatlaşdırma imtahanlarında ümumilikdə 104 min 435 müəllim iştirak edib. O bildirib ki, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə sertifikatlaşdırmanın hər iki mərhələsi tamamlanıb. Tarix, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri üçün isə birinci mərhələ yekunlaşıb.

 

Emin Əmrullayev qeyd edib ki, ölkə üzrə fəaliyyət göstərən müəllimlərin, demək olar ki, hamısı ən azı bir dəfə sertifikatlaşdırma prosesinə cəlb olunub. Hazırda təhsil sistemində çalışan hər beş müəllimdən birinin yeni işə qəbul edilən müəllim olduğunu diqqətə çatdıran nazir bildirib ki, imtahanlarda uğur qazanan 60 min 818 müəllimin əməkhaqqısı 10 faiz, yüksək nəticə göstərən 30 min 590 müəllimin əməkhaqqısı isə 35 faiz artırılıb.

 

Nazirin açıqlamasına əsasən, ümumilikdə 91 min 408 müəllimin əməkhaqqısına əlavə tətbiq olunub. Sertifikatlaşdırma imtahanında hər iki cəhddə uğur əldə edə bilməyən 9 min 334 müəllimin isə əmək müqaviləsinə xitam verilib.

 

Emin Əmrullayev vurğulayıb ki, sertifikatlaşdırma imtahanlarında iştirak edən hər 10 müəllimdən 9-u müsbət nəticə əldə edib.

Bu gün Azərbaycan Polisi Günüdür: 108 illik xidmət tarixi
Məhkəmə kibercinayət dəstəsi ilə bağlı hökm çıxardı
Jurnalist Əvəz Zeynallı vəfat etdi
Paytaxtda milli dəyərləri təbliğ edən festival keçirildi
Qadını döyən şəxs məhkəmədə özünü təqsirli bilib
Share This Article
Facebook Email Print
Previous Article Bu lampaların satışı dayandırıldı
Next Article Bu tələbələr köçürülmə prosesində iştirak edə biləcək
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?