İlkinxeber.az İnformasiya Agentliyi xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin həyata keçirdiyi əməliyyatlar nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilməyə cəhd edilən külli miqdarda narkotik vasitə aşkarlanıb.
Belə ki, ümumilikdə 78 kiloqram 250 qram narkotik vasitə və 1990 ədəd “Metadon M-40” həbi qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
