Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.
ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Bildirilib ki, Britaniya hökumətinin qərarına əsasən, SEPAH-a üzv olmaq, onun tədbirlərində iştirak etmək və ya rəmzlərini ictimai yerlərdə nümayiş etdirmək cinayət əməli hesab olunacaq.
Qeyd edək ki, SEPAH daha əvvəl də Böyük Britaniyanın sanksiyalarına məruz qalıb. Quruma 1979-cu il İran İslam İnqilabından sonra yaradılıb və hazırda İran İslam Respublikasının Ali Rəhbərinə tabe olan elit hərbi struktur kimi fəaliyyət göstərir.
