Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, dövlət başçısı Donald Trampın Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirləri paylaşmasını yüksək qiymətləndirərək ona minnətdarlığını ifadə edib.
Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev Donald Trampı “Sülh adamı” kimi xarakterizə etmişdi.
Bununla yanaşı, Azərbaycan Prezidenti paylaşımında Vaşinqton Sammitinin birinci ildönümünün yaxınlaşdığını da diqqətə çatdırıb.
