By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Nyu-Yorkda legionelloz: ölənlərin sayı 3-ə çatdı
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > Nyu-Yorkda legionelloz: ölənlərin sayı 3-ə çatdı
Dünya

Nyu-Yorkda legionelloz: ölənlərin sayı 3-ə çatdı

Lamiyə Turqay
Last updated: İyul 20, 2026 10:53 səhər
By Lamiyə Turqay
1 Min Read
Share
SHARE

ABŞ-ın Nyu-York şəhərində yayılmış legionelloz (legioner xəstəliyi) epidemiyası nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.

İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə şəhərin səhiyyə departamentinin rəhbəri Alister Martin jurnalistlərə açıqlama verib.

O bildirib ki, Yuxarı İst-Sayd yaşayış bölgəsində infeksiyaya yoluxan daha bir nəfərin vəfat etməsi ilə ölənlərin sayı üçə yüksəlib.

Ümumilikdə isə xəstəliyin yayılmağa başladığı ilk gündən bu yana 74 nəfərdə legionelloz təsdiqlənib. Onlardan təxminən 60 nəfər stasionar müalicəyə cəlb olunub, 8 xəstənin müalicəsi isə hazırda xəstəxana şəraitində davam etdirilir.

Departament rəhbərinin sözlərinə görə, son bir həftə ərzində yeni yoluxma halı qeydə alınmayıb və görülən operativ tədbirlər nəticəsində infeksiyanın mənbəyinin zərərsizləşdirildiyi ehtimal olunur.

Qeyd edək ki, ilk yoluxma halları iyulun 2-də aşkarlanıb. Şəhər rəhbərliyi Manhettanın Yuxarı Vest-Sayd ərazisində yerləşən 76 binanın soyutma sistemlərində bakteriya izləri aşkar edib və aidiyyəti qurumlara dərhal dezinfeksiya işlərinin aparılması tapşırılıb.

Məlumat üçün bildirək ki, legionelloz isti su mühitində sürətlə çoxalan Legionella bakteriyalarının törətdiyi ağır pnevmoniya növüdür. Xəstəlik əsasən bakteriya ilə çirklənmiş su buxarının tənəffüs edilməsi yolu ilə yayılır və insandan insana keçmir.

XİN: Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib
İslandiya Trampın xəritəsinə sərt reaksiya verdi
Tramp Ərdoğana görə Ankaraya gedir: Türkiyə ilə bağlı mühüm mesaj verdi
ABŞ-da meşə yanğınları genişlənir: 11 ştat alovun təsiri altındadır
Aİ və Azərbaycan münasibətlərində yeni mərhələ
Share This Article
Facebook Email Print
Previous Article Azərbaycanda çevik iş rejimi tətbiq olunacaq
Next Article KDR-də Ebola yayılır: yoluxanların sayı 2 344-ə çatdı
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?