Qazax rayonunda faciəvi hadisə baş verib. İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə rayonun Bala Cəfərli kəndi ərazisində yerləşən göldə qeydə alınıb.
Belə ki, rayon sakinləri R.Xəlilov və onun övladı R.Xəlilova kənd ərazisində yerləşən göldə batıblar. Onların meyitləri sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
