Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiya Respublikasında, eyni zamanda Monteneqro və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamına əsasən, Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
