Türkiyədə hərbi tarixə düşən qərar qəbul edilib. İlkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, polkovnik Özlem Karapınar Türkiyə Hərbi Hava Qüvvələrinin tarixində general hərbi rütbəsinə layiq görülən ilk qadın olub.
Məlumata əsasən, qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın iclasında qəbul edilib.
Qeyd olunub ki, 49 yaşlı Özlem Karapınar uzun illər davam edən hərbi xidməti ərzində peşəkarlığı və uğurlu fəaliyyəti ilə seçilib. Onun general rütbəsinə yüksəldilməsi Türkiyə Silahlı Qüvvələrinin tarixində əlamətdar hadisə kimi qiymətləndirilir.
