ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, bu gün saat 21:00-da hərəkətə başlamalı olan Tbilisi–Bakı sərnişin qatarı 54 dəqiqə gecikmə ilə yola düşüb.
Məlumata əsasən, gecikməyə Tbilisi Dəmiryol Vağzalında elektrik enerjisi təchizatında yaranmış problem səbəb olub.
Qeyd edək ki, bir neçə gün əvvəl də Gürcüstanda baş verən elektrik enerjisi böhranı səbəbindən Bakı–Tbilisi marşrutu üzrə hərəkət edən qatar Tbilisi Dəmiryol Vağzalına təxminən 2 saat 30 dəqiqə gecikmə ilə çatmışdı.
