Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan APA-ya bildirilib.
Qeyd olunub ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 21-dən gec olmayaraq ödənilməsi planlaşdırılır.
Bununla yanaşı, müavinətlərin isə bu ayın 25-dən gec olmayaraq ödəniləcəyi bildirilib.
