İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini olan qazimiz döyüşlər zamanı aldığı xəsarətlər səbəbindən hazırda bədənində yüzlərlə qəlpə ilə yaşayır. Onun səhhəti əmək fəaliyyəti ilə məşğul olmasına imkan vermir.
Üç azyaşlı övlad atası olan qazinin əlillik dərəcəsinin aşağı salınması ailənin sosial vəziyyətini daha da çətinləşdirib. Hazırda ailənin maddi təminatı ilə bağlı ciddi çətinliklər yaşandığı bildirilir.
Qazinin mövcud vəziyyəti ilə bağlı aidiyyəti qurumların məsələyə yenidən baxmasının vacibliyi vurğulanır və ona sosial dəstəyin artırılmasına ehtiyac olduğu qeyd edilir.
Cəmiyyət olaraq belə insanlara diqqət və qayğı göstərilməsi hər birimizin mənəvi borcu hesab olunur.
