İlkinxeber.az İnformasiya Agentliyi məlumat verir ki, AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrut avqustun 14-dən etibarən sərnişinlərin xidmətinə veriləcək.
Yeni ekspres marşrutlar aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcək:
M1: “Elmlər Akademiyası” – “28 May” metrostansiyaları;
M2: “İnşaatçılar” – “Nizami” – “28 May” metrostansiyaları;
M3: “20 Yanvar” – “Nizami” – “28 May” metrostansiyaları;
M4: “20 Yanvar” – “Koroğlu” metrostansiyaları;
M5: “20 Yanvar” – “Gənclik” metrostansiyaları;
M6: “Elmlər Akademiyası” – “Gənclik” metrostansiyaları.
Bununla yanaşı, “28 May” və “Nizami” metrostansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən etibarən müvəqqəti dayandırılacaq.
