By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Samuxda qarayara ilə bağlı tədbirlər görüldü
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Hadisə > Samuxda qarayara ilə bağlı tədbirlər görüldü
Hadisə

Samuxda qarayara ilə bağlı tədbirlər görüldü

Lamiyə Turqay
Last updated: Avqust 21, 2026 4:55 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Samux rayonunda yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhəli hal qeydə alınıb.

Hadisə ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin baytarlıq mütəxəssisləri əraziyə cəlb olunub və təsərrüfatda epizootoloji araşdırma aparılıb.

Təsərrüfatda saxlanılan heyvanlar kliniki müayinədən keçirilib. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə baytarlıq sanitariya və profilaktik tədbirlər görülüb. Təsərrüfatın girişində dezobaryer yaradılıb, giriş və çıxış məhdudlaşdırılıb, heyvanların kənar şəxslərlə təmasına nəzarət gücləndirilib.

Qarayara xəstəliyinə şübhəli heyvanlar təcrid olunaraq müvafiq müalicəyə cəlb edilib. Təsərrüfata gedən yolda və rayon ərazisində dezinfeksiya işləri aparılıb.

Xəstəlik hadisəsinin qeydə alındığı əraziyə yaxın yaşayış məntəqəsində də epizootoloji vəziyyət qiymətləndirilib. İri və xırdabuynuzlu heyvanlar kliniki müayinədən keçirilib, seçmə üsulla termometriya aparılıb. Yoluxma riskinin nəzərə alınması ilə ərazidə heyvanların qarayaraya qarşı peyvəndlənməsi təşkil edilib.

Hazırda təsərrüfatda saxlanılan digər heyvanlar baytarlıq mütəxəssislərinin gündəlik nəzarətindədir. Heyvanların temperaturu mütəmadi ölçülür, yemlənməsi və ümumi kliniki vəziyyəti izlənilir. Hazırda heyvanların ümumi vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, qarayara torpaq mənşəli infeksion xəstəlikdir. Xəstəliyin törədicisinin sporları ətraf mühitdə uzun müddət qala bilir. Heyvanlar əsasən çirklənmiş torpaq, yem və su vasitəsilə, həmçinin zədələnmiş dəri və selikli qişalar vasitəsilə yoluxa bilirlər.

Mütəxəssislər bildirirlər ki, belə halların qeydə alınması infeksiyanın mütləq kənardan gətirilməsi anlamına gəlmir. Baytarlıq sanitariya, biotəhlükəsizlik və gigiyena qaydalarına düzgün əməl olunması xəstəliyin yayılma riskini əhəmiyyətli dərəcədə azaldır.

Samux rayonunda hazırda epizootik vəziyyət sabitdir. Xəstəlik hadisəsinin qeydə alındığı təsərrüfatda və ətraf ərazilərdə heyvanların sağlamlıq vəziyyəti Aqrar Xidmətlər Agentliyi tərəfindən nəzarətdə saxlanılır.

Masazırda qətl hadisəsi
Beyləqanda avtomobillər toqquşdu: ölən var
TikTok-da canlı yayım zamanı nalayiq ifadələr işlədən qadın cərimələndi
Ucarda xəstəxana rəsmisi mənimsəmədə ittiham olunur
Tovuzda qətlə yetirilən qazinin hadisəsinin təfərrüatları məlum olub
Share This Article
Facebook Email Print
Previous Article Gəncədə qətl hadisəsi baş verib.
Next Article FTX azərbaycanlı diaspor rəhbərini saxladı
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?