Elm və təhsil naziri Emin Əmrullayev ali məktəblərə qəbul olunan gəncləri təbrik edib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Emin Əmrullayev tələbə adını qazanan gənclərə müraciət edərək onları göstərdikləri zəhmət və əzmkarlıq münasibətilə təbrik edib. Nazir qarşıdakı tələbəlik illərinin gənclər üçün yeni biliklər, geniş imkanlar və dəyərli təcrübələrlə zəngin olmasını arzulayıb.
Nazir paylaşımında gənclərə yolunun açıq, gələcəyinin uğurlu olmasını diləyib.
Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində ümumilikdə 87 146 nəfər iştirak edib. Onlardan 58 947 nəfər ali məktəblərə qəbul olunub. Qəbul olunanlar arasında 4 215 subbakalavr da var.
